“Qəbələ”nin məşqçisi avtomobil qəzasında dünyasını dəyişib

15 Noyabr 2018 10:53 (UTC+04:00)

“Qəbələ” Futbol Klubuna ağır itki üz verib. SİA-nın məlumatına görə, gecə saatlarında klubun futbol akademiyasının qapıçılar üzrə məşqçisi Teymur Musayev avtomobil qəzasında dünyasını dəyişib.

“Qəbələ”nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.