Bu gün saat 20:00: Azərbaycan U-21 - Ukrayna U-21

15 Noyabr 2018 10:17 (UTC+04:00)

Bu gün saat 20:00-da, "Dalğa Arena"da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Müslüm Əliyev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.