Bakıda Polşanın müstəqilliyinin 100 illiyi qeyd olunub FOTO

15 Noyabr 2018 09:55 (UTC+04:00)

Polşanın dövlət müstəqilliyinin bərpa edilməsinin 100 illiyi tamam olub. Bu münasibətlə Polşada və bütün dünyada bayram tədbirləri keçirilir. SİA-nın məlumatına görə, Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bayram konserti olub.

Gecəni xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıb. O, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərindən danışıb, ölkələrimizin bir çox sahələrdə sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Mahmud Məmmədquliyev Polşa xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək, ona firavanlıq arzulayıb.

Konsertdə tanınmış Polşa pianoçusu, Şopen mükafatı laureatı Yeva Poblotska Avropa bəstəkarlarının əsərlərini ifa edib.