Kaliforniyada yanğın qurbanlarının sayı 60 nəfərə çatıb

15 Noyabr 2018 09:55 (UTC+04:00)

Kaliforniyada yanğın nəticəsində qurbanların sayı 59 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ştatın cənubunda Malibu şəhərind ən azı 3 nəfərin öldüyü bildirilir.

Kaliforniyada meşə yanğınlarının ümumi sahəsi 55 min hektarı keçib. Xilasedicilər küləyin zəifləməsindən istifadə edərək yanğının üçdə birinin məhdudlaşdırmaq üçün qazma işləri aparırlar. Yanğının çoxu əlçatmaz ərazilərdədir.

Cəsədlərin tapılması üçün 287 axtarış qrupu cəlb edilib. Axtarış əməliyyatında ümumilikdə 461 nəfər və 22 xüsusi təlim keçmiş it iştirak edir.

Ölən şəxslərin kimliyini müəyyənləşdirilməsini sürətləndirmək üçün DNK sistemi yaradılıb. 56 qurbandan 47-sinin kimliyi artıq müəyyənləşib.