Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, 12 komandanın mübarizə aparacağı turnirdə Premyer Liqanın 8 klubu ilə yanaşı, birinci divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu” iştirak edəcək. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.
6 dekabr
Azərbaycan Kuboku
1/8 final
1. “Sumqayıt” - “Qaradağ Lökbatan”
2. “Keşlə” - “Şüvəlan”
3. “Kəpəz” - “Səbail”
4. “Ağsu” - “Sabah”
1/4 final
15-16/19-20 dekabr
5. 2-ci cütün qalibi – “Qarabağ”
6. 4-cü cütün qalibi – “Qəbələ”
7. 1-ci cütün qalibi – “Neftçi”
8. 3-cü cütün qalibi – “Zirə”
1/2 final
23 aprel/1 may
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi
Final
19 may
11. 9-cu cütün qalibi - 10-cu cütün qalibi