Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı FOTO

14 Noyabr 2018 10:47 (UTC+04:00)

Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.