Çörək sexində yanğın

14 Noyabr 2018 09:28 (UTC+04:00)

Şəkidə çörək sexi yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 450 m² olan tikilinin (çörək sexi kimi fəaliyyət göstərir) taxtadan ibarət tavanı 2 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​