İtaliya klubu 70 yaşlı məşqçini qovub

14 Noyabr 2018 07:00 (UTC+04:00)

İtaliyanın "Kyevo" klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb. Klubun saytında yer alan məlumata görə, 70 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub. C.Venturanın rəhbərliyi altında 4 oyun keçirən komanda üçündə məğlub olub və bir dəfə heç-heçə edib.

Qeyd edək ki, C.Ventura oktyabrın 10-da "Kyevo"ya baş məşqçi təyin olunub. Klub italiyalı məşqçi ilə iki illik müqavilə imzalamışdı. O, bundan öncə, İtaliya yığmasına rəhbərlik edib və komandası dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə vəzifəsini itirib.

.