ABŞ İraq və Livanın 5 vətəndaşına sanksiya tətbiq edib

14 Noyabr 2018 02:03 (UTC+04:00)

ABŞ İraq və Livanın 5 vətəndaşına sanksiya tətbiq edib. “RİA Novosti” agentliyi xəbər verir ki, buna səbəb kimi onların Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı ilə əməkdaşlıq etmələri göstərilib. Bundan başqa, Fələstinin Qəzza zolağında fəaliyyət göstərən “Mücahidlər Briqadaları” təşkilatı da "qara siyahı"ya düşüb.