Masallıda dəmiryolu stansiyasından oğurluq edənlər tutulub

13 Noyabr 2018 15:19 (UTC+04:00)

Masallıda dəmiryolu stansiyasından oğurluq edənlər tutulub. DİN-dən SİA-ya verilən məlumata görə, noyabrın 12-də Masallı dəmiryolu stansiyasının ərazisindən 41 ədəd rels bərkidicisi və 35 ədəd rels altlığını oğurlamağa cəhd göstərən rayon sakinləri Səfail Şahbazov və Qəhrəman Qurbanov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.