Bərdədə 21 yaşlı oğlan intihar edib

13 Noyabr 2018 02:03 (UTC+04:00)

Bərdə rayonunda 21 yaşlı oğlan intihar edib. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Zümürxan kəndində baş verib. Rayon sakini, 1997-ci il təvəllüdlü Təvəkkül Qəhrəman oğlu Əmiraslanov özünü yaşadığı evdə asıb.

T.Əmiraslanovun həyat yoldaşı ilə mübahisə etikdən sonra intihar etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.