Bərdədə 2 piyadanı avtomobil vurub

13 Noyabr 2018 01:04 (UTC+04:00)

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri - rayon sakinləri, 1992-ci il təvəllüdlü Şamo Hafiz oğlu Rüstəmovu və 1988-ci il təvəllüdlü Şamo Abid oğlu Yusubovu vurub. Ş.Rüstəmov hadisə yerində ölüb. Ş.Yusubov isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.