Qazaxda maskalı şəxs qadının evinə basqın edib

13 Noyabr 2018 00:03 (UTC+04:00)

Qazax rayonunda evə maskalı şəxs basqın edib. Trend-in məlumatına görə, hadisə rayonun Bakı küçəsi, döngə 3, mənzil 370-də baş verib. Həmin ünvanda yaşayan Məmmədova Fəranə Səlim qızı polisə müraciət edərək bildirib ki, axşam saatlarında evdə olarkən əlində bıçaq və başında qara maska olan naməlum şəxs evə daxil olaraq onu hədələyib bir cüt brilyant qaşlı qızıl sırğa, bir qızıl üzük, sadə qol saatını, 50 manat pulunu alaraq qaçıb. Faktla bağlı Qazax rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.