“Real”ın futbolçuları zədələnib

12 Noyabr 2018 22:14 (UTC+04:00)

İspaniya La liqasının 12-ci turunda “Selta” ilə səfər matçında(2:4) zədələnin “Real”ın futbolçuları Naço və Kasemironun durumu bəlli olub. İspaniya mətbuatının yazdığına görə, dizindən xəsarət alan Naço 2 ay, ayağı burxulan Kasemiro isə 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, sözü gedən matçda "kral klubu"nun futbolçuları Dani Karvaxal, Rafael Varan, Marselo və Xesus Valyexo zədə səbəbindən iştirak edə bilməmişdi.