"Spartak"ın yeni baş məşqçisi müəyyənləşib

12 Noyabr 2018 17:51 (UTC+04:00)

Rusiya Premyer Liqasında mübarizə aparan "Spartak" klubunun yeni baş məşqçisi məlum olub. SİA-nın məlumatına görə, Massimo Karrera ilə yollarını ayıran Moskva klubu baş məşqçi postuna Oleq Kononovu gətirib. 52 yaşlı mütəxəssisin müqaviləsinin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Kononov daha öncə "Krasnodar", "Axmat", Tula "Arsenal"ı kimi klubları çalışdırıb.