Kabildə partlayış

12 Noyabr 2018 15:18 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə TOLOnews telekanalı məlumat verib. “Partlayış Kabilin mərkəzində, kütləvi kitabxanası ilə şəhər bələdiyyəsinin qarşısında törədilib”, deyə adıçəkilən telekanal xəbər verib.

O da qeyd olunur ki, partlayışın baş verdiyi əraziyə yaxın yerdə nümayiş də keçirilib. Hələlik, ölən və yaralananlar barədə heç bir məlumat verilmir.