Kaliforniya ölənlərin sayı 31 nəfərə çatdı 228 İTKİN!

12 Noyabr 2018 14:27 (UTC+04:00)

Bir neçə gündür ki, ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə qədər artıb. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın qeyd etdiyinə görə, 228 nəfər insan hələ də itkin düşmüş hesab olunmaqdadır.

Daha öncə isə bildirilirdi ki, güclü yanğın ümumlikdə 6,47 tikilini təməlinə qədər yandıraraq məhv edib.