Nadirdən aparıcıya sərt cavab: "Məni verilişinə çağırma" VİDEO

12 Noyabr 2018 14:25 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə ilə aparıcı Zümrüd Bədəlova arasında çəkiliş zamanı qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, aparıcının "Boynuna al ki, qocalmısan" sözləri ifaçını əsəbiləşdirib. Sənətçi dodağında gel olmasını qəbul etməyib: "Qırışlara qarşı gel vurdurmuşam. Burnumu da kəsdirmişəm. Üzümü dartdırmamışam. Gələcək də lazım gəlsə, etdirəcəm. Sağlam qidalanıram. Maqazin toyuğu, fast-food yemirəm. Qazlı sular içmirəm. Qara yox, otlardan ibarət çay içirəm. Özün qocalmısan. Özündən xəbərin var, güzgüyə baxmısan? Əlimdən xəta çıxacaq. Qocalmamışam... Məni bir də efirə çağırma".