OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib

11 Noyabr 2018 17:06 (UTC+04:00)
OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib. SİA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclasının kuluarlarında deyib. "Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır", - deyə o bildirib. Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.