Marsda yeni kimyəvi element aşkarlandı

11 Noyabr 2018 16:41 (UTC+04:00)
Vaşinqton Universitetinin alimləri Marsda raket yanacağı istehsal etmək üçün istifadə olunan çoxlu sayda kimyəvi element olduğunu aşkarlayıblar. SİA-nın məlumatına görə, Marsda olan xlor turşusunun esterlərini yenidən emal edərək yüksək keyfiyyətli raket yanacağının istehsalı üçün istifadə etmək mümkündür. Bu esterlər xüsusilə güclü partlayıcı istehsalı üçün əsas komponentdir. NASA tədqiqatçıları raket yanacağının istehsalı üçün zavodun Ayın səthində birbaşa tikilə biləcəyini də bildirirlər.