Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanılıb

10 Noyabr 2018 13:56 (UTC+04:00)
Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.