Harri Keyn Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

9 Noyabr 2018 23:20 (UTC+04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın saytında yer alan xəbərə görə, “Tottenhem”in hücumçusu Harri Keyn turun oyunçusu seçilib. O, azarkeşlər arasında səsvermədə Milan Pavkov (“Srvena Zvezda”), Riyad Mahrez (“Mançester Siti”) və Kərim Benzemanı (“Real”) qabaqlayıb. Qeyd edək ki, Keyn PSV-yə qalib gəldikləri oyunda (2:1) dubl edib.