"Milan"ın futbolçusu 4 ay futboldan uzaq qalacaq

9 Noyabr 2018 22:15 (UTC+04:00)

"Milan"ın futbolçusu Lukas Bilya uzun müddət meydana çıxa bilməyəcək. Milan təmsilşisinin saytında yer alan məlumatda deyilir ki, 32 yaşlı yarımmüdafiəçi Finlandiyada əməliyyat olunub. Argentinalı oyunçu 4 ay yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki, Lukas Bilya məşq zamanı zədələnmişdi.