"Sportinq"in yeni baş məşqçisi müəyyənləşib

9 Noyabr 2018 20:14 (UTC+04:00)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan məlumatda deyilir ki, Lissabon təmsilçisini Marsel Keyzer çalışdıracaq.

Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 44 yaşlı məşqçi bu vəzifədə ötən həftə istefaya göndərilən Joze Pezeyrunu əvəzləyib. Qeyd edək ki, Keyzer son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubunu çalışdırıb.