"Arsenal" ciddi itki ilə üzləşib

9 Noyabr 2018 19:17 (UTC+04:00)

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal" ciddi itki ilə üzləşib. "Topçular"ın hücumçusu Denni Uelbek ciddi xəsarət alıb.
27 yaşlı forvard Avroliqanın qrup mərhələsinin 4-cü turunda Londonda "Sportinq"lə keçirilən matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb. Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.