Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu - MÖVQE

9 Noyabr 2018 15:01 (UTC+04:00)

"Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı təşkliatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz əlkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvə azad etməli oldu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi: "Ancaq sammit başqa qərarə gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq növbəti erməni generalı baş katib ola bilmədi. Məslənin həlli sonraya saxlanılsa da əsas motiv bir ilə yeni baş katibin layiqincə işləyə bilməməsi oldu. Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi. Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı.

Olay göstərdi ki, Ermənistanın beynəlxaql təşkliatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcəkdir".