4 otaqlı evdə yanğın

9 Noyabr 2018 15:05 (UTC+04:00)

Masallıda yanğın faktı qeydə alınıb. SİA-nın FHN-Ə istinadən verdiyi məlumata görə, yanğın rayonunun Qızılavar kəndində baş verib. Məlumata görə, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.