Kaliforniyada təbii fəlakət: yüzlərlə ev kül oldu

9 Noyabr 2018 11:04 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları nəticəsində yüzlərlə ev kül olub, bir neçə nəfər ölüb. SİA xarici mətbuata istinadla xəbər verir ki, ştatın yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.

Ötən gün axşam saatlarından başlayan yanğın 7 min hektardan çox ərazidə yayılıb. Regionda təxminən 50 min insan evakuasiya edilib.