Tramp Kaliforniyadakı dəhşətli gecədən yazdı

9 Noyabr 2018 06:04 (UTC+04:00)

Hüquq-mühafizə orqanları, çevik qüvvələr Tauzand-Oks şəhərində, silahlı insidentin baş verdiyi ərazidədir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sözügedən şəhərdə baş verən hücumla bağlı Tvitter hesabındakı paylaşımında qeyd edib. O, ölənlərə Allahdan rəhmət diləyib, ailələrinə isə başsağlığı verib. Qeyd edək ki, Kaliforniya ştatının Tauzand-Oks şəhərində bara edilən silahlı hücumda 13 nəfər öldürülüb.