İki qonşusunu öldürən şəxsə ömürlük həbs cəzası verilib

8 Noyabr 2018 21:35 (UTC+04:00)

Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki qonşusunu öldürməkdə təqsirləndirilən Firqət Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad rayon Polis şöbəsinə gətirilib.

Qətlə səbəb T.Sadıqov və K.Yaqubovun F.Əliyevi söyməsi olub.