Luis Enrike İspaniya millisinin heyətini açıqlayıb

8 Noyabr 2018 20:13 (UTC+04:00)

Futbol üzrə İspaniya millisinin UEFA Millətlər Liqasında Xorvatiyaya, yoldaşlıq oyununda isə Bosniya və Herseqovinaya qarşı görüşlər üçün heyəti açıqlanıb. Federasiyanın rəsmi saytında yer alan məlumata görə, yığmanın baş məşqçisi Luis Enrike yığmaya 24 futbolçu dəvət edib. Maraqlıdır ki, təcrübəli mütəxəssis aralarındakı şəxsi münasibətlərə görə bir müddətdir milli komandaya çağırmadığı "Barselona"nın müdafiəçisi Jordi Albanı yenidən heyətə qaytarıb.

Qapıçılar: Pau Lopes ("Betis"), David De Xea ("Mançester Yunayted"), Kepa Arrisabalaqa ("Çelsi")

Müdafiəçilər: Xonatan Kastro ("Vulherempton"), Sesar Aspilikueta ("Çelsi"), Serxio Ramos, Markus Lorente ("Real"), Mario Ermoso ("Espanyol"), Xavyer Martines ("Bavariya"), Xose Luis Qaya ("Valensiya"), Jordi Alba ("Barselona")

Yarımmüdafiəçilər: Serxio Buskets, Serci Roberto ("Barselona"), Dani Sebalyos ("Real"), Rodriqo Ernandes ("Atletiko"), Pablo Fornals ("Vilyareal"), Saul Nyiqes ("Atletiko")

Hücumçular: Suso ("Milan"), Rodriqo ("Valensiya"), Yaqo Aspas ("Selta"), Alvaro Morata ("Çelsi"), Marko Asensio, İsko (hər ikisi "Real"