Koutinyo 2 həftə yaşıl meydanlardan uzaq qalacaq

8 Noyabr 2018 19:18 (UTC+04:00)

“Barselona”nın futbolçusu Filip Koutinyo 2-3 həftə yaşıl meydanlardan uzaq qala bilər. “Mundo Deportivo” nəşri yaz;r ki? srağagün Çempionlar Liqasının 4-cü turunda “İnter”lə matçdan (1:1) sonra ağrılar hiss etməyə başlayan və daha sonra müayinə olunan brazilyalı ulduzun əzələsində yırtıq aşkarlandığı bildirilir.

26 yaşlı futbolçunun durumu haqda yaxın günlərdə rəsmi məlumat verilməsi gözlənilir. Qeyd edək ki, F. Koutinyo bu mövsüm Kataloniya klubu ilə ümumilikdə çıxdığı 16 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.