Tacikistanda həbsxanada qiyam: bir neçə məhbus həlak olub

8 Noyabr 2018 09:38 (UTC+04:00)

Ötən gecə Tacikistanin şimalındakı Xocənd şəhərindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam baş verib. SİA xəbər verir ki, ilkin məlumata görə, qiyamın yatırılması zamanı bir neçə məhbus həlak olub, xəsarət alanlar var.

Qiyamın səbəbləri və həlak olanların sayı haqqında heç bir məlumat verilmir.

Bu cəzaçəkmə müəssisəsində terrorizm və ekstremizm fəaliyyətində ittiham edilən, müxtəlif terrorçu qruplaşmaların üzvləri olan məhbuslar saxlanılır.