Baş nazir ETSN-in kollegiyasının yeni tərkibini təsdiqləyib

8 Noyabr 2018 09:30 (UTC+04:00)

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib.

SİA-nın məlumatına görə, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibi aşağıdakı kimidir:

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri kollegiyanın sədri,

Ekologiya və təbii sərvətlər nazirinin müavinləri;

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

Nazirliyin Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

Nazirlik Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.