IMF və Ukrayna arasında məsləhətləşmələr başlayır

3 Noyabr 2018 21:09 (UTC+04:00)

Sabahdan başlayaraq noyabrın 9-na qədər Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndə heyəti Ukraynada səfərdə olacaq. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi bu ölkənin 2019-cu il üzrə dövlət büdcəsi ilə bağlı məsləhətləşmələr aparmaqdır.

Xatırladaq ki, IMF 14 aylıq maliyyələşdirmə proqramı çərçivəsində Ukraynaya 3,9 mlrd. dollar vəsait ayırmağı planlaşdırır.