Şəmkirdə qan vermə aksiyası keçirilir

31 Oktyabr 2018 17:11 (UTC+04:00)

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Şəmkir rayonunda qanvermə aksiyası keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, aksiya 2 gün davam edəcək.

Rayon sakinləri qanvermə aksiyasında fəallıq göstərib. 300 qrama yaxın qan götürülüb. Ümümi olaraq 200-dən artıq vətəndaşın iştirakı nəzərdə tutulur. Könüllü olaraq toplanan qan nümunələri respublika qan bankına göndəriləcək.

İlham Məmmədov