Azərbaycanlı ağır atlet Avropa birinciliyində gümüş medal qazanıb

24 Oktyabr 2018 09:21 (UTC+04:00)

Polşanın Zamots şəhərində 20 yaşlı və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. SİA-nın məlumatına görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Yığmamızın üzvü Paşa İbrahimli 23 yaşadək gənclər arasında 69 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində 136 kiloqramı ram edərək dördüncü olub. Atletimiz təkanla qaldırma hərəkətində 165 kiloqramı başı üzərinə qaldıraraq Avropa birinciliyinin gümüş medalına layiq görülüb.

P.İbrahimli toplam 301 kiloqram (136+165) nəticə ilə yekun sıralamada dördüncü yeri tutub.