Ucarda dəhşətli yol qəzası: 2 nəfər ölüb

24 Oktyabr 2018 04:05 (UTC+04:00)

Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 250 km-də qeydə alınıb.

Bakı şəhəri istiqamətində hərəkətdə olan 1949-cu il təvəllüdlü Gədəbəy rayon sakini Elman Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq kənardakı nəzarət kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan 1956-cı il təvəllüdlü sərnişin Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüblər. Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yarasız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.