Zərdabda ölümlə nəticələnən yol qəzası olub

24 Oktyabr 2018 03:04 (UTC+04:00)

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.