22 yaşlı qadın dərmandan zəhərlənib

24 Oktyabr 2018 01:04 (UTC+04:00)

Tovuz rayonunda 22 yaşlı qadın dərmandan zəhərlənib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alakol kənd sakini, 1996-cı il təvəllüdlü Türkan Hüseynova xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan onun artıq miqdarda həb qəbul etdiyinə görə zəhərləndiyi bildirilir. Hadisənin intihara cəhd olduğu da ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.