Türkiyə polisi Camal Qaşıqçının qətli ilə bağlı bir mülkdə axtarış aparıb

23 Oktyabr 2018 22:31 (UTC+04:00)

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı araşdırma çərçivəsində bir mülkdə axtarış aparıb. “Report” “Sabah”a istinadən xəbər verir ki, Mərmərə dənizinin sahilində yerləşən Yalova şəhəri yaxınlığındakı Termal yaşayış məntəqəsində üçmərtəbəli villanın jurnalistin qətlə yetirilməsində şübhəli bilinən səudiyyəlilərdən birinə məxsus olduğu ehtimal edilir.

Qəzet həmçinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun attaşesi Əhməd Abdulla əl-Muzəininin qətlin təşkilatçısı olduğunu da yazıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.