“Vest Hem” klubu ciddi itki ilə üzləşib

24 Oktyabr 2018 01:18 (UTC+04:00)

İngiltərənin “Vest Hem” futbol klubu ciddi itki ilə üzləşib. İngiltərə klubunun rəsmi saytında yer alan xəbərə görə, Andrey Yarmolenko zədələnib. Premyer Liqanın 9-cu turunda “Tottenhem”lə oyunda zədələnən ukraynalı hücumçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd edək ki, Yarmolenko yayda Dortmund “Borussiya”sından "Vest Hem"ə keçib.