Ronaldonun 2 milyon avroluq saatı...

23 Oktyabr 2018 22:18 (UTC+04:00)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun öncəsi iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət çəkib. Belə ki, portuqaliyalı futbol ulduzu 424 ağ və qırmızı brilyantla bəzənmiş Jacob& Co Caviar Tourbillon şirkətinə məxsus saat taxaraq konfransa gedib. Bu, aksessuarın ona təxminən 2 milyon avroya başa gəldiyi bildirilib.

Bundan əvvəl buna oxşar saatı məşhur Nigeriya repçisi Wizkidin sifariş verdiyi yazılıb. Ancaq Ronaldonun saatının bir qədər fərqli dizaynda və daha bahalı olduğu vurğulanıb.

Britaniya mətbuatı yazıb ki, bu qədər qəşəng saat Ronaldo üçün tipik olmayan aksessuardır. Portuqaliyalı hücumçu 2013-ü ildə Jacob& Co şirktini partnyoru olub. Lakin o, indiyə kimi buradan 100 min funt sterlinqdən baha aksessuar taxmayıb. Ronaldonun ictimaiyyət qarşısında bu cür bahalı saatla çıxmasının "Qızıl top"un sahibinin sabiq komandasına qarşı oyununa yüksək diqqətin olması ilə əlaqədar olduğu yazılıb.