Mario Mandzuk 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

23 Oktyabr 2018 20:20 (UTC+04:00)

"Yuventus"un zədəli futbolçusu Mario Mandzukiçin son durumu müəyyənləşib. İtaliya mətbuatının yazdığına görə, xorvat hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, M.Mandzukiç komandasının Turindəki son məşqində zədələnib. Bu səbəbdən onun adı Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Mançester Yunayted"lə oyun üçün heyətə daxil edilməyib.