"Barselona" klubu baş məşqçi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, Kataloniya klubunun prezidenti Josef Bartomey Valverdenin müqaviləsindəki "sonradan daha bir il uzadıla bilmə" bəndindən istifadə etdiklərini bildirib. 54 yaşlı mütəxəssis yeni sözləşməyə əsasən, 2020-ci ilə qədər komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Ernesto Valverde 2017-ci ilin mayından "Barselona"ya rəhbərlik edir.