MTRŞ-ya ayrılacaq vəsait artırılır

23 Oktyabr 2018 15:31 (UTC+04:00)

Gələn ilin dövlət büdcəsindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsait artırılır. SİA xəbər verir ki, 2019-cu ilin büdcəsindən şuraya 9 milyon 280 min 21 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 125 min 099 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.