Nazirlər Kabinetinə ayrılan vəsaitin məbləği nə qədərdir?

23 Oktyabr 2018 14:51 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabinetinə (NK) 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait artırılır. SİA xəbər verir ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində NK-ya 8 milyon 685 min 179 manat vəsait ayrılması nəzərdə tutulur.

Bu da 2018-ci illə müqayisədə 349 min manat çoxdur.