Vyetnamın prezidenti kim olacaq? SEÇKİ

23 Oktyabr 2018 13:45 (UTC+04:00)

Vyetnam Sosialist Respublikasının parlamenti oktyabrın 23-də səhər saatlarında prezident seçkiləri ilə bağlı səsvermə keçirib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermənin nəticələrinin günün ikinci yarısında elan ediləcəyi gözlənilir. Bundan sonra yeni prezident xalqa, dövlətə və Vyetnamın hakim Kommunist Partiyasına sədaqət andı içəcək.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin 74 yaşlı baş katibi Nquen Fu Çonq prezident postuna yeganə namizəddir.

Xatırladaq ki, Vyetnamın dövlət başçısı postu sentyabrın 21-də prezident Çan Day Kuanqın vəfatından sonra boş qalmışdı. Vyetnam konstitusiyasına əsasən, prezidentin ölümündən sonra bu vəzifə müvəqqəti olaraq vitse-prezident Danq Thi Nqok Thinə həvalə edilmişdi.