Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi"nin (Bakı Nəqliyyat Agentliyinin qarşısında) qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.