Cəbrayıl Həsənov: "Dünya çempionatına çox yaxşı formada gəlmişdim" - AÇIQLAMA

23 Oktyabr 2018 10:14 (UTC+04:00)

"Dünya çempionatına çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Təəssüf ki, alınmadı". SİA-nın məlumatına görə, bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) deyib.

Pəhləvanımız bildirib: “Hücumumu son saniyələrə saxlamışdım. Ancaq uğurlu hücum qura bilmədim. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm”.